İraq ABŞ-ın hücumlarına reaksiya verdi

İraq ABŞ-ın hücumlarına reaksiya verdi

İraq administrasiyası ABŞ-ın (ABŞ) ölkənin qərbindəki hücumlarının ölkənin suverenliyini pozduğunu bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, İraq Nazirlər Kabinetinin Hərbi sözçüsü general Yəhya Rəsul verdiyi açıqlamada İraqın qərbindəki Ənbarın Qaim və sərhəddəki bölgələrin ABŞ təyyarələrinin hücumuna məruz qaldığını bildirib.

Yəhya Rəsul deyib:"Bu hücumlar İraqın regionda sabitliyi qorumağa çalışdığı bir vaxtda baş verib. Bu, İraqın suverenliyinin pozulması və İraq hökumətinin səylərinə zərbə vurmaq deməkdir".
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına hücuma cavab olaraq İraq və Suriyada İran İnqilabı Keşikçiləri Korpusuna məxsus hədəflərə hava zərbələri endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə