“Məqsədimiz hər ay 15-20 min bina və kənd evini sahiblərinə verməkdir”
Fevralın 6-da mərkəzi Kahramanmaraşda olan və 11 rayonda baş verən zəlzələdən sonra tikilən evlər qanuni sahiblərinə təhvil verilir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İlk daimi evlərin təhvil verilməsi zəlzələdə ən böyük dağıntının yaşandığı Hatayda baş tutub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdə mənzillərin püşkatması və açar təhvili mərasimində etdiyi çıxışında təxminən bir il əvvəl - fevralın 6-da səhər saatlarında baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin ağrılarının davam etdiyini söyləyərək deyib: “Zəlzələdə həlak olan 53 mindən çox vətəndaşın hər birinə Allahdan rəhmət, yaxınlarına və Türkiyə xalqına başsağlığı, “Əsrin faciəsi”ndə yaralanan 107 mindən çox vətəndaşa şəfalar diləyirəm.
Zəlzələlər 11 rayon, 124 qəsəbə, 7 minə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb oldu, 14 milyon vətəndaş təbii fəlakətdən zərər çəkdi.
Ətraflı araşdırmalardan sonra zəlzələ bölgəsində zərərçəkənlərin sayı 390 min olaraq dəqiqləşdirildi. Bu gün Hatayda 6572-si rayon mərkəzi və qəsəbələrində, 703-ü kənd yerlərində olmaqla 7275 nəfərə evlərinin açarlarını təqdim edirik.
Zəlzələ nəticəsində dağılmış şəhərlərin bərpası istiqamətində işlər bundan sonra da fasiləsiz gedəcək.
Bölgədə hazırda tikilməkdə olan 40 min ev başa çatdıqca mərhələli şəkildə qanuni sahiblərinə təhvil veriləcək.
İnşaallah, 2 ay ərzində zəlzələ bölgəsində 75 min evin təhvil verilməsini başa çatdıracağıq. Məqsədimiz irəliləyən dövrdə hər ay 15-20 min bina və kənd evini haqq sahiblərinə verməkdir. İlin sonuna qədər 200 min evi təhvil verməyi düşünürük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB