ABŞ Yəmənə yenidən zərbə endirib

ABŞ Yəmənə yenidən zərbə endirib

ABŞ Mərkəzi Komandanlığı Twitter (X) hesabında, ABŞ ordusunun Yəmənə yeni zərbə endirdiyini yazıb. Hücumun hədəfi Ənsar Allah hərəkatından husi üsyançıları tərəfindən buraxılmağa hazır olan dörd İHA olub.

ABŞ ordusu husilərin nəzarətində olan ərazilərdə dronları aşkar edərək, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə yaratdığını müəyyən edib.

Bəyanatda deyilir ki, ABŞ hərbçiləri zərbə endirib və PUA-nı özünümüdafiə məqsədilə məhv edib.

Bundan əvvəl Yəmənin şimalını idarə edən İranın dəstəklədiyi “Ənsar Allah” şiə hərəkatının Ədən körfəzində ABŞ gəmisinə raket zərbəsi endirdiyi bildirilib.

Hərəkatın sözçüsü Yəhya Saria sözügedən gəminin Lewis B. Puller olduğunu bildirib. Bu, ABŞ Hərbi Dəniz Qüvvələri üçün 233 metrlik ekspedisiya təchizat gəmisidir və Alyaska sinifli bir tankerdən bu məqsədlə xüsusi olaraq yenidən qurulmuş ilk gəmidir.

SİA-nın əldə etdiyi məlumata görə, yanvarın 22-də Yəhya Saria husilərin Ədən körfəzində Amerika hərbi gəmisinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, bu şəkildə Yəmənin şimalında hökmranlıq edən husilər ABŞ-ın ölkəyə qarşı təcavüzünə cavab verməkdə davam edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə