Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalındakı əməliyyat bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın şimalındakı əməliyyat bölgəsində terrorçuların hücumu nəticəsində çavuş Kadir Dingilin şəhid olduğu, 2 əsgərin isə yaralandığı bildirilib.

Açıqlamada bildirilib ki, yaralanan əsgərlər dərhal xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.

''Bizi kədərləndirən bu hadisə nəticəsində həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza başsağlığı verir, xəsarət alan hərbçilərimizə şəfa diləyirik'',-deyə bəyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə