Ərlərini istəyən rus qadınları Moskvanın mərkəzində mitinqə çıxıblar
...Moskvanın mərkəzində “Evə yol” hərəkatından səfərbər olunanların yaxınlarının mitinqi keçirirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mitinq iştirakçıları Naməlum Əsgərin məzarı önünə qərənfillər düzüblər.
Qeyd edilir ki, bu gün Rusiya Federasiyasında qeyri-müəyyən səfərbərliyin 500-cü günüdür.
Ağ yaylıqlı qadınlar və onlara qoşulan kişilər Moskvadakı Aleksandr bağına toplaşıblar.
“Diqqət, xəbər”in müxbirinin verdiyi məlumata görə, mitinqə 200-ə yaxın insan gəlib.
SOTA-nın məlumatına görə, onları onlarla polis və mülki geyimli zabit müşayiət edir.
Səfərbər olunanların yaxınları cəbhədən öz yaxınlarının geri qaytarılmasını tələb edirlər.
Aksiyanın elanında qadınların qondarma rotasiya deyil, səfərbərliyin başa çatdırılması haqqında fərman tələb etdikləri bildirilir.
Deyilənlərə görə, etiraz artıq doqquzuncu dəfədir ki, keçirilir. Lakin bu günkü mitinqi əvvəlkilərdən fərqli olaraq, siyasətçi Maksim Katz və “Navalnının komandası” dəstəkləyib və tərəfdarlarını aksiyada iştiraka çağırıblar.
Yeri gəlmişkən, “Evə yol” hər şənbə Rusiyanın müxtəlif şəhərlərində abidələrə gül dəstələri qoyulması ilə oxşar tədbirlər keçirir.
Onu da qeyd edək ki, qadınlar bu dəfə aksiyanın daha geniş olacağını bildirirlər. Məsələ bundadır ki, onlar başqa şəhərlərdəki səfərbər olunanların yaxınlarını da Moskvaya gəlib onlara qoşulmağa çağırış ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB