Türkiyə Mərkəzi Bankının yeni sədri Fatih Karahan oldu

Türkiyə Mərkəzi Bankının yeni sədri Fatih Karahan oldu

Türkiyə Mərkəzi Bankının yeni sədri məlum olub.

Məlumata əsasən, Fatih Karahan Türkiyə Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilib. Bununla bağlı Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Sərəncam imzalayıb.

1982-ci ildə anadan olan Fatih Karahan 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib, 2012-ci ildə isə Pensilvaniya Universitetində doktorluq dissertasiyası müdafiə edib.

Xatırladaq ki, Fatih Karahan 28 iyul 2023-cü ildə Türkiyə Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, SİA-nın da xəbər verdiyi kimi, Türkiyə Mərkəzi Bankının sədri Hafizə Qaye Erkan dünən istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə