Ərdoğan və Ulf Kristerson arasında telefon danışığı olub

Ərdoğan və Ulf Kristerson arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristerssonla telefon əlaqəsi saxlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Məlumata əsasən, tərəflər İsveçin NATO-ya üzvlük prosesini, terrorla mübarizəni, Türkiye-İsveç münasibətlərini, regional və qlobal problemləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyənin NATO-ya üzvlüyündən sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.
Türkiyə Prezidenti iki ölkənin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Mexanizmini işə salmasının və İsveçin terrorla mübarizədə Türkiyeyə lazımi dəstəyi verməsinin vacib olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə