Artıq xəbər verildiyi kimi, bu gecə PUA-nın hücumundan sonra “LUKOIL-Volqoqradneftepererabotka” neft emalı zavodunda güclü yanğın baş verib. Yanğının ümumi sahəsi 300 kvadratmetrə yaxın olub.
SİA-nın əldə etdiyi məlumata görə, müəssisəyə pilotsuz təyyarənin hücumu və yanğını Volqoqrad vilayətinin qubernatoru Boçarov da təsdiqləyib.
O, PUA-nın hava hücumundan müdafiə və elektron döyüş sistemləri tərəfindən vurulduğunu, bundan sonra pilotsuz təyyarənin neft emalı zavodunun ərazisinə düşdüyünü bildirib.
Yerli sakinlərin sözlərinə görə, yanğın başlamazdan əvvəl iki partlayış səsi eşidilib: birincisi səhər saat 4:23-də, ikincisi isə təxminən yarım saat sonra.
Daha sonra internetdə Volqoqradda neft emalı zavoduna pilotsuz təyyarənin hücumunun videosu yayılıb.
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Belqorod vilayəti ərazisinə 4, Volqoqrad vilayəti üzərində 2, Rostov vilayəti üzərində isə daha bir pilotsuz uçuş aparatının hücum etdiyini, lakin onların gecə saatlarında “tutularaq” məhv edilməsi barədə məlumat yayıb.
Maraqlıdır, bəs onda bu yanğın hardan çıxıb?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB