Afinanın mərkəzində partlayış baş verib

Afinanın mərkəzində partlayış baş verib

...Afinanın mərkəzində Yunanıstan Əmək Nazirliyinin binası yaxınlığında bomba partladılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yunanıstanın ictimai televiziyası ERT məlumat yayıb.

Partlayıcı qurğunun Stadiu və Pesmazoğlu küçələrinin kəsişməsinə qoyulduğu dəqiqləşdirilir. Telekanalın məlumatına görə, saat 00:49-da “Efimerida ton Sindakton” qəzeti 40 dəqiqə sonra partlayışla bağlı xəbərdarlıq alıb, bundan sonra ərazi dərhal polis tərəfindən mühasirəyə alınıb.

...Saat 01:29-da partlayıcı mexanizm partlayıb və maddi ziyan dəyib.

Məlumatda belə deyilir.

ERT-nin məlumatına görə, Əmək Nazirliyi ilə üzbəüz bank filialının qarşısındakı hasara partlayıcı qurğu qoyulmuş çanta yerləşdirilib. Hazırda hadisə yerində məhkəmə-tibb ekspertləri işləyir, araşdırma aparılır.

Bombanın yerləşdirilməsinə görə məsuliyyəti əvvəllər məlum olmayan “İnqilabçı Sinfi Özünümüdafiə” təşkilatı öz üzərinə götürüb.

Noyabrda “İnqilabi Mübarizə” terror təşkilatının liderlərindən biri, əvvəllər ömürlük həbs cəzasına məhkum edilmiş Paula Rupenin Yunanıstanda sərbəst buraxıldığı bildirilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə