''Bu gün ABŞ-a aid hərbi bazaya edilən hücuma cavab verməyə başladıq''

''Bu gün ABŞ-a aid hərbi bazaya edilən hücuma cavab verməyə başladıq''

ABŞ prezidenti Cozef Bayden hərbi bazaya edilən hücuma bu gün cavab verməyə başladıqlarını və bu hərbi cavabın seçdikləri vaxt və yerlərdə davam edəcəyini açıqladı.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ prezidenti Cozef Bayden yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika hərbi bazasına edilən hücumla bağlı açıqlama verib.
Cozef Bayden 3 ABŞ əsgərinin öldüyü hücumun İran İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi qruplaşmalar tərəfindən həyata keçirildiyini ifadə edərək sözügedən əsgərlərin dəfn mərasiminə qatıldığını bildirib.
Bu hücuma verdikləri cavabla bağlı Cozef Bayden deyib:"Bu gün günorta mənim göstərişimlə ABŞ ordusu Suriya və İraqdakı İran İnqilab Keşikçiləri Korpusu və onların dəstəklədiyi qruplaşmalara aid hədəfləri vurdu. Hücuma bu gün cavab verməyə başladıq və bu cavab seçdiyimiz vaxt və yerlərdə davam edəcək''.
ABŞ-ın Yaxın Şərqdə hərbi münaqişə istəmədiyini qeyd edən Co Bayden Amerika əsgərlərini hədəf alanlara cavab verəcəklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə