ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran İnqilab Keşikçiləri Korpusunun İraq və Suriyadakı hədəflərinə hava zərbələri endirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavab olaraq bölgədə ilk dəfə hücumlar həyata keçirdiyini açıqlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından verilən açıqlamada bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Gücünə sadiq silahlı qruplaşmaların Suriya və İraqdakı azı 85 hədəfinə aviazərbələr endirilib.
Hücum zamanı idarə mərkəzi, raketlər və pilotsuz uçuş aparatlarının hədəf alındığı bildirilib.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarına aid ''Qüllə 22'' adlı hərbi bazaya edilən hücum nəticəsində 3 amerikalı hərbçi həyatını itirmişdi, 40-dan çox hərbçi də yaralanmışdı.
ABŞ administrasiyası sözügedən hücuma lazımi cavabın veriləcəyini və İran tərəfindən dəstəklənən qruplaşmaların hədəf alınacağını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB