Türkiyə Mərkəzi Bankının rəhbəri Hafize Qaye Erkan istefa verib.
SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə açıqlama yayıb.
“Hörmətli Prezidentimizdən ilk gündən bəri şərəflə icra etdiyim vəzifəmdən azad olunmağımı istəyirəm... Vəzifədə olduğum müddətdə dəstəyini heç vaxt əsirgəməyən Prezidentimizə hörmətimi və minnətdarlığımı bildirirəm”, - deyə Erkan qeyd edib.
Türkiyənin maliyyə naziri Mehmet Şimşək isə X sosial şəbəkəsində bildirib ki, Hafize Qaye Erkan istefa qərarını şəxsi səbəblərə görə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB