...Fevralın 1-də Polşa hökuməti müharibədən bu ölkəyə qaçan ukraynalıların qanuni qalma müddətinin 2024-cü il iyunun 30-dək uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə PAP məlumat yayıb.
Polşa hökumətinin qanun layihəsi bu ölkənin ərazisində silahlı münaqişə ilə əlaqədar Ukrayna vətəndaşlarına yardım haqqında qanuna dəyişiklikləri nəzərdə tutur.
Dəyişikliklər Avropa İttifaqı Şurasının ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiəni 2025-ci il martın 4-dək uzadmış qərarı ilə bağlıdır. Layihə Ukraynadan olan qaçqınların hüquqi statusunun “bu ilin 30 iyununa qədər” uzadılmasını, habelə Polşadakı ukraynalı qaçqın statusu ilə bağlı sənədlərin etibarlılığını nəzərdə tutur.
Ayrı-ayrılıqda, Polşada ukraynalı həkimlər, stomatoloqlar, tibb bacıları və mamaların məşğulluğu ilə bağlı xüsusi hüquqların müddətinin uzadılması təklif edilir.
Qeyd edək ki, qanun layihəsinin bu ilin birinci rübündə qəbul ediləcəyi gözlənilir.
Yeri gəlmişkən, qanun, dərc edildiyi gündən sonrakı gün qüvvəyə minəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB