...Kreml Ukraynaya qarşı hərbi təcavüzə yalnız ona görə başlayıb ki, guya rus xalqı bunu istəyirmiş.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Tulada keçirilən müharibə tərəfdarları forumunda bildirib.
...Ölkəmizdə, Krımda və bütün geniş vətənimizin ərazisində vətəndaşlarımızın böyük əksəriyyətinin sizin kimi düşündüyünə əmin olmasaydım, Krımda heç nə etməzdim. Amma əmin idim ki, həm krımlılar, həm də bütün Rusiya bunun öz vətənlərinə qayıtmasını istəyirlər. Necə ki, ölkədəki insanların böyük əksəriyyəti Donbasa kömək etmək istəyir. Onlar orada insanları bu neonasistlərin təkərləri altına atmaq istəmirlər.
Putinin dediyinə görə, Rusiyada cəmiyyətin əhval-ruhiyyəsi olmasaydı, Krım və Donbass məsələlərində heç nə olmazdı.
...Bu arada Ukrayna saytlarının yazdığına görə, yaxınlarda tabeliyində olanlarla görüşü zamanı Putin açıq şəkildə Rusiyanın Ukraynaya hücum edib onun ərazilərini fəth etdiyini etirf edib.
Yenə də Ukrayna saytlarının yazdığına görə,.. maraqlıdır ki, Rusiya cinayət məcəlləsində belə cinayətlərə görə cinayət maddəsi var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB