Rusiyalı “dezertir” deputatdan yeni təşəbbüs...

Hərbi komissarlıqlar Rusiya vətəndaşlığı almış 50 yaşına miqrantları “qazlayıb” cəbhəyə göndərmək istəyir...
Rusiyalı “dezertir” deputatdan yeni təşəbbüs...

Bu arada Dövlət Duması Rusiya vətəndaşlığı almış kişilər üçün çağırış yaşının artırılması imkanlarına baxacaq. Belə ki, hərbi komissarlıqlar Rusiya vətəndaşlığı almış 50 yaşına miqrantları “qazlayıb” cəbhəyə göndərmək istəyir.

Qeyd edək ki, hazlrda Rusiyada maksimum hədd 30 ildir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qanun layihəsinin müəllifləri bunlardır: Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev, MDB işləri üzrə komitə sədrinin müavini Aleksandr Boroday və Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Mixail Şeremet.

Onların fikrincə, xarici ölkələrdən olanlar çox vaxt maksimum çağırış yaşına, yəni 30-a çatmağı qəsdən gözləyirlər və yalnız bundan sonra Rusiya vətəndaşı olurlar.

Rusiya pasportu olanlar isə vaxt itirmək üçün “hərbi xidmətə qeydiyyatdan yayınırlar.

Guya rusiyalı deputatlar polis reydləri ilə bağlı məlumatları öyrəndikdən sonra bu qənaətə gəliblər.

Onlar diqqəti keçən il Sankt-Peterburqda miqrantlara qarşı reyddən sonra 100-ə yaxın insanın qeydiyyat üçün hərbi komissarlıqlara gətirdiyi hadisəyə yönəldiblər.

...İzahat notasında parlamentarilər Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatlarına da istinad edirlər. Belə ki, bu məlumatlara əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında 318 mindən çox xarici vətəndaş Rusiya vətəndaşlığını qəbul edib.

Dəyişikliklərin müəllifləri vurğulayırlar ki, vətəndaşlıq əldə etmə üsulundan asılı olmayaraq hər bir rusiyalı zəruri hallarda dövlətin müdafiəsinə qalxmağa borcludur və bu məsələ Ukraynada keçirilən xüsusi hərbi əməliyyat kontekstində ən böyük aktuallıq qazanıb.

Xatırladaq ki, ötən ilin iyulunda Juravlev ölkədə hərbi xidmətə çağırış yaşının artırılmasını təklif etmişdi. Bundan əlavə o, hərbçilərin peşəkarlığını artırmaq üçün hərbi xidmət müddətinin artırılmasını da təklif etmişdi.

Yeri gəlmişkən, Juravlev özü nə Sovet ordusunda, nə də Rusiya ordusunda xidmət etməyib.

Yəni ruslar demiş, “dezertir”dir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə