...Hindistan polisi casusluqda şübhəli bilinən göyərçini sərbəst buraxıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, quş həyatının səkkiz ayını qəfəsdə keçirib.
Qeyd edək ki, göyərçin 2023-cü ilin mayında Mumbay limanı yaxınlığında tutulmuşdu. Pəncələrində iki üzük, qanadlarının iç tərəfində isə çinlilərə bənzər heroqliflər var idi. Polis göyərçinin casus olduğundan şübhələnərək onu polis bölməsinə aparıb, sonra isə quşu xəstəxanaya göndərib.
Araşdırma zamanı məlum olub ki, quş Tayvanda keçirilən göyərçin yarışından uzaqlaşıb.
Yeri gəlmişkən, bu gün heyvan haqları müdafiəçiləri qumarda heyvanların istifadəsini tənqid edirlər. Yarışlar zamanı quşlar kütləvi şəkildə ölür, “kifayət qədər sürətli olmayan” göyərçinlər isə məşq mərhələsində ölürlər.
Araşdırmadan sonra Hindistan polisi göyərçini şübhədən təmizləyərək onun sərbəst buraxılmasına icazə verib.
Quş yanvarın sonunda təbiətə buraxılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB