ABŞ NATO-nun ən etibarsız üzvünü seçib...

ABŞ NATO-nun ən etibarsız üzvünü seçib...

Amerikalı senatorlar Macarıstanın baş naziri Viktor Orbanı NATO-nun ən etibarsız üzvü adlandıraraq, ondan İsveçin alyansa üzvlüyünü tez bir zamanda ratifikasiya etməyi tələb ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, senatorlar öz bəyanatlarında Macarıstana səbrin tükəndiyini bildiriblər. Onlar bunun əsas səbəbi kimi ölkənin il boyu İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməkdən imtina etməsini göstəriblər.

Senatorlar hesab edirlər ki, Budapeştin bu cür siyasəti onun ABŞ və alyansla münasibətlərinə düzəlməz ziyan vura bilər.

Üstəlik, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Cardin, Orbanı NATO-nun ən etibarlı üzvü adlandıraraq, Macarıstana qarşı davranışına görə sanksiyaların tətbiqi məsələsini artıq gündəmə gətirib.

Qeyd edək ki, o, Macarıstan ilə ABŞ arasında vizasız rejimin ləğvini və ölkədə korrupsiyanın yüksək səviyyəsinə görə Budapeştə qarşı sanksiyaların tətbiqini təklif edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə