Rusiya Çini Ukrayna ordusunu təchiz etməkdə ittiham edib...

Rusiya Çini Ukrayna ordusunu təchiz etməkdə ittiham edib...

Rusiya Federasiyasının gömrük xidməti Trans-Baykal ərazisində Ukrayna Silahlı Qüvvələri üçün forma olan Çindən gələn konteynerləri saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Çita Gömrük İdarəsinin rəisi Vladimir İqnatyev bildirib.

Onun dediyinə görə, yük Çindən keçərək Polşaya tranzitdə olub. Bəyannamədə idman və iş geyimləri də var idi. Bir konteyner çıxarıldı, açıldı və orada Ukraynaya ünvanlanan baqajlar var idi. Onların içərisində Ukrayna ordusunun rəmzləri olan uniformalar olub.

İqnatyev, ümumilikdə 8 konteynerin saxlanıldığını və hazırda onlara baxış keçirildiyini bildirib.

Federal təhlükəsizlik xidməti artıq tam gücü ilə işləyir. Yoxlamanın daha bir həftə davam edəcəyini deyən rusiyalı rəsmi, hələ ki, cinayət işi olmadığını da etiraf edib.

Yeri gəlmişkən, bir gün əvvəl, fevralın 1-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin, Pekinin Ukraynadakı müharibəyə münasibətini dəyişməyib və neytral mövqe tutmaqda davam etdiyini bildirmişdi.

Ümid edirik ki, tərəflərin hər biri deeskalasiyaya kömək etmək və böhranın siyasi vasitələrlə həlli üçün əlverişli şərait yaratmaq üçün səy göstərəcək.

Çinli rəsmi deyib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə