Prezidentliyə namizəd Davankov etibarlı şəxslərə sertifikatlar təqdim edib
"Yeni Xalq” partiyasından prezidentliyə namizəd Vladislav Davankov vəkil edilmiş şəxsləri təqdim edib və onlara sertifikatlar təqdim edib. Tədbir namizədin Tverskayadakı İctimai Dəstək Qərargahında baş tutub.
Siyasətçiyə kampaniyanın aparılmasında iş adamları, aktyorlar, idmançılar və mədəniyyət xadimləri kömək edəcək, onlar regionları gəzərək sakinlərlə ünsiyyətdə olacaqlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu gün namizədin qərargahında seçki proqramını müzakirə ediblər. Seçicilərin təklifləri nəzərə alınmaqla yekunlaşdırılacaq, bundan sonra on gün ərzində yekun variant dərc olunacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB