Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze parlamentə siyasi proqram göndərib, ona əsasən Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlərin sülh yolu ilə nizamlanmasını davam etdirməyi planlaşdırır.
Sənəddə bildirilir ki, ölkənin Avropaya inteqrasiyası ilə paralel olaraq Gürcüstanın əsas vəzifəsi Gürcüstanın ərazi bütövlüyünü dinc vasitələrlə bərpa etmək və ölkənin suverenliyini gücləndirmək olaraq qalır.
...Gürcüstan hakimiyyəti Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu ilə həlli siyasətini davam etdirəcək.
SİA TASS-a istinadən bunu Kobaxidzedən sitat gətirilir.
Xatırladaq ki, bundan əvvəl İrakli Qaribaşvili Gürcüstanın baş naziri postundan istefa verdiyini və hakim “Gürcü Arzusu” partiyasının sədri vəzifəsinə keçəcəyini açıqlamışdı.
Qaribaşvilini baş nazir postunda hakim partiyanın lideri İrakli Kobaxidzenin əvəzləyəcəyi gözlənilir.
Ötən may ayında Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qeyd etmişdi ki, Gürcüstan münasibətləri kəskinləşdirməmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB