Paşinyan özünü “yeni Zelenski” kimi aparsa, “İrəvan itirilə” bilər..?

Paşinyan özünü “yeni Zelenski” kimi aparsa, “İrəvan itirilə” bilər..?

Bu arada Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev, NEWS.ru-ya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın da Ukrayna lideri Vladimir Zelenski kimi Rusiya ilə münasibətləri pozmaq yolu ilə getdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin başçısı “İrəvanı itirmək” riskini daşıyır.

Ermənistanda Paşinyan Ukraynada Zelenski ilə eyni şeyi edir - Rusiya ilə münasibətləri ardıcıl və davamlı şəkildə pisləşdirir, baxmayaraq ki, bu, onun xalqı üçün son dərəcə sərfəli deyil, əslində isə müəyyən dərəcədə təhlükəlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı deputat bilsirib.

O qeyd edib ki, Ermənistan KTMT strukturlarından üz döndərib, NATO təlimlərində iştirak etməyə başlayıb. Juravlev qeyd edib ki, indi Paşinyan əvvəlki demarşının Qarabağ hadisələrinə səbəb olduğunu unudaraq Rusiya Federasiyası ilə hərbi sahədə əməkdaşlıqdan imtina etmək niyyətindədir.

Eyni zamanda o, əlavə edib ki, erməni siyasətçi siyasi sahədə yol verdiyi səhvlərə görə Rusiyanı günahlandırır. Qoy imtina etsin, Qərbdən kömək umsun, sadəcə unutmayın ki, İrəvan tezliklə itirilə bilər.

Qeyd edək ki, Paşinyan bir gün əvvəl Rusiyanın artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməcəyini demişdi. Onun sözlərinə görə, bunun “obyektiv və subyektiv” səbəbləri var.

Yeri gəlmişkən, Dövlət Dumasının deputatı Viktor Sobolev Ermənistan baş nazirinin sözlərini alçaqlıq adlandırıb. O, Paşinyanın bəyanatını ABŞ-ın artan təzyiqi altında verməsini deyib. O, həmçinin xatırladıb ki, 20-ci əsrin əvvəllərində Ermənistanı soyqırımdan xilas edən məhz Rusiya olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə