Xüsusi hərbi əməliyyat zamanı Rusiya müdafiə sənayesi əsl sıçrayış və əmək şücaətinə nail olaraq, özünü böyük əcdadlarına layiq olduğunu göstərdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
...Xüsusi hərbi əməliyyat zamanı müdafiə müəssisələrimizin, elmi-tədqiqat institutlarımızın, konstruktor bürolarımızın kollektivləri əsl sıçrayış, mübaliğəsiz desəm əsil əmək şücaəti göstərdilər.
Qeyd edək ki, Putin bunu “Hər şey Qələbə üçün!” forumunda çıxışı zamanı deyib.
Ölkənin bütün müdafiə müəssisələrinin işçiləri ulu əcdadlarımıza layiq olduqlarını sübut etdilər.
Bunu da Putin əlavə edib.
O daha sonra qeyd edib ki, Rusiya Federasiyasının müdafiə sənayesində istehsal həcmi durmadan artır, müəssisə işçiləri Vətənin əmrlərini yerinə yetirib, əsgərləri ruhdan salmamağa çalışırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB