Amerikanın Ermənistandakı səfirliyinin əməkdaşlarından müvəqqəti olaraq Ermənistan-Azərbaycan sərhədinə getməkdən çəkinməyə çağırılıb.
Sərhəd yaxınlığında olan vətəndaşlardan diqqətli olmaları xahiş olunur.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ səfirliyi əməkdaşlarının Ermənistan və Azərbaycan sərhədində yerləşən şəhərlərə səfərinə qadağa qoyub.
Bu barədə diplomatik nümayəndəliyin saytında bildirilir. ...Səfirlik ABŞ vətəndaşlarını sərhədə yaxın olduqda ehtiyatlı olmağa çağırıb. Əvvəlcədən xəbərdarlıq edilmədən keçid məntəqələri yaradılaraq yollar bağlana bilər.
Qeyd edək ki, bunu bəyan edən Amerika diplomatik missiyası, hazırda Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması üçün danışıqlar aparıldığını da xatırladıb.
Yeri gəlmişkən, bu həftənin əvvəlində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 6-cı iclası keçirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB