Antonio Quterreş Qəzzaya humanitar yardıma çağırıb

Antonio Quterreş Qəzzaya humanitar yardıma çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzza zolağı boyunca humanitar yardıma "sürətli, təhlükəsiz, maneəsiz, genişləndirilmiş və davamlı çıxışa" çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Quterreş sosial media platformasındakı paylaşımında "Qəzzada hər kəsin ac və 1,7 milyon insanın didərgin düşdüyünü" bildirərək, "insani sistem dağılır" ifadəsini işlədib.

BMT-nin Baş katibi Quterreş humanitar yardımla bağlı, “Mən Qəzzaya sürətli, təhlükəsiz, maneəsiz, genişləndirilmiş, davamlı humanitar girişə çağırıram” mesajını paylaşıb.

Xatırladaq ki, "Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də “Əqsa məscidi başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib.

Eyni tarixdən bəri İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 11 mini uşaq və 8 mini qadın olmaqla 27 min 19 fələstinli həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə