BMT-nin Uşaq Fondu Qəzzadakı uşaqların vəziyyətini qiymətləndirib

BMT-nin Uşaq Fondu Qəzzadakı uşaqların vəziyyətini qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Fələstindəki rəsmisi Conatan Crickx bildirib ki, Qəzzada 17 min uşağın müşayətsiz və ya ailələrindən ayrı qaldığını təxmin edilir.

BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransında çıxış edən Conatan Crickx İsrailin sıx hücumlarına məruz qalan Qəzzada uşaqların üzləşdiyi çətinliklərlə bağlı məlumat verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, "Qəzzada 17 min uşağın müşayiətsiz və ya ailələrindən ayrı qaldığı təxmin edilir" deyən Crickx, , bu uşaqların hər birinin ürəkağrıdan hekayəsi olduğunu da dilə gətirib.

Keçən həftə Qəzzada olduğunu xatırladan Crickx ailələrin qida, su və ya sığınacaq çatışmazlığı səbəbindən çətinlik yaşadığını bildirib.

Qəzzada baş verənlərin uşaqların psixi sağlamlığının ciddi şəkildə təsir etdiyini ifadə edən Crickx, bu vəziyyətin uşaqların hər dəfə bomba səsini eşidəndə həddindən artıq narahatlıq, iştahsızlıq, yata bilməmə, emosional partlama və ya panika yaşamasına səbəb olduğunu vurğuladı.

BMT rəsmisi deyib:"Biz hesab edirik ki, bu gün Qəzzada olan demək olar ki, bütün uşaqların psixi sağlamlıq dəstəyinə ehtiyacı var''.

Bütün xəbərlər Facebook səhifəmizdə