Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi açıqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, V.Putin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı durumu müzakirə edəcək.
Liderlər, həmçinin ikitərəfli məsələlər və regional durum barədə danışacaqlar.
D.Peskov qeyd edib ki, Ankara təzyiqlərə baxmayaraq, müstəqil siyasətini qoruyub saxlayır.
Türkiyə ilə Rusiya arasındakı ticari əlaqələrə də toxunan Peskov deyib:
"Türkiyə bu məsələdə çox prinsipial və müstəqil mövqe tutan azsaylı ölkələr sırasındadır. Bizimlə ticari və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir" deyib.
Kremlin xarici siyasət müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların davam etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB