2020-ci ildə Çində valideynləri iki yaşlı qız və bir yaşlı oğlan uşaqlarını evin pəncərəsindən ataraq öldürüblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə prosesindən sonra ikili "qəsdən adam öldürmə" ittihamı ilə edam cəzasına məhkum edilib. Bildirilib ki, çinli kişi 2020-ci ilin fevralında həyat yoldaşından boşandıqdan sonra iki uşağı cütlüyün evliliyinə “ən böyük maneə” kimi görüb və dəfələrlə uşaqları öldürməklə hədələyib.
Qeyd olunub ki, 2020-ci il noyabrın 2-də cütlük iki uşağını 15-ci mərtəbədəki evinin pəncərəsindən ataraq öldürüb və hadisəni “qəza kimi” göstərməyə çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB