Yanvar ayında Avrozonada inflyasiya səviyyəsi 2,8 faiz təşkil edib. SİA xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, ötən ay Avrozonada istehlak qiymətləri indeksi illik müqayisədə 2,8 faizə düşüb.
Yanvarda ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində 5,7 faiz artım olub. İnflyasiya xidmət sektorunda 4 faiz, enerjidən başqa digər məhsullarda 2 faiz təşkil edib.
Xatırladaq ki, ötən ilin dekabrında Avrozonada 2,9 faizlik inflyasiya qeydə alınmışdı. Ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində 6,1 faiz artım müşahidə olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB