Borrell Qırmızı dənizdə hərbi missiya üçün yeni tarix verib

Cozep Borrell bəyan edib ki, Aİ-nin Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarına qarşı mübarizə missiyası fevralın 19-dan etibarən fəaliyyətə başlayacaq.
Borrell Qırmızı dənizdə hərbi missiya üçün yeni tarix verib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell bəyan edib ki, Aİ-nin Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarına qarşı mübarizə missiyası fevralın 19-dan etibarən fəaliyyətə başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Borrell Aİ müdafiə nazirləri ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında Qırmızı dənizdə xidmət göstərəcək "Aspides" adlı Aİ missiyası ilə bağlı təfərrüatları paylaşıb.

"Qoruyucu" mənasını verən "Aspides" missiyasının yalnız ticarət gəmilərini qorumaq məqsədi daşıdığını vurğulayan Borrell bunun bir müdafiə missiyası olacağını qeyd edib.

Missiyanın heç bir hücum hərəkəti etməyəcəyini vurğulayan Borrell missiya çərçivəsində donanma gəmiləri və təyyarələrindən istifadə ediləcəyini bildirib.

C.Borrell bildirib ki, missiyada Aİ-yə üzv olan dövlətlərin hamısı iştirak etməyəcəyini qeyd edərək deyib:
"Məqsədimiz ən geci fevralın 19-da "Aspides" missiyasını qurmaq və işə başlamaqdır. Ümid edirəm və əminəm ki, bu baş verəcək. Aİ-yə üzv dövlətlər bu məsələdə qətiyyətlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə