İran İsrailin hücumları ərəfəsində Suriyadan zabitlərini çıxarır...
İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi İsrailin silsilə hücumları səbəbindən bir sıra yüksək rütbəli zabitləri Suriyadan çıxarmaq qərarına gəlib. Bu barədə Reuters xəbər verir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra yüksək rütbəli zabitləri artıq Suriyanı tərk ediblər.
Nəşr eyni zamanda vurğulayır ki, onların getməsi İran hərbçilərinin ölkələrdən tamamilə çıxarılması demək deyil. Bu qərara səbəb kimi İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri üçün ciddi təhlükəyə çevrilən İsrailin zərbələri olduğu bildirilir.
Mənbə onu da əlavə edib ki, Suriyada öz təsirlərini saxlamaq üçün İran hakimiyyəti müttəfiq şiə qruplarına diqqəti davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Suriyanı tərk edən zabitlərin dəqiq sayı məlum deyil.
Yeri gəlmişkən, bundan əvvəl ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB