Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, fevralın 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Rusiyanın Qara Dəniz Donanmasına məxsus “İvanovets” raket kateri məhv etdiyini bildirib.
Baş Kəşfiyyat İdarəsi cümə axşamı yaydığı açıqlamada gəminin ilhaq edilmiş Krımda, Donuzlav gölünün yol kənarında olduğunu və birbaşa zərbələr nəticəsində batdığını bəyan edib.
Qeyd edək ki, idarə əməliyyat zamanı hansı silahdan istifadə edildiyini deməyib. Ukrayna kəşfiyyatının dərc etdiyi kadrlarda gəmilərin katerə yaxınlaşması və ardınca güclü partlayışın baş verdiyi görünür.
Digər məsələlərlə yanaşı, Ukrayna tərəfi qeyd edir ki, əməliyyat Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi və United24 platformasının dəstəyi ilə “Qrup 13” xüsusi bölməsi tərəfindən həyata keçirilib.
Bunu “Ukrayinska Pravda” yazır.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya rəsmiləri məlumatı hələ ki, şərh etməyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB