Türkiyə Kabildəki Atatürk Uşaq Xəstəxanasına tibbi avadanlıq göndərib

Türkiyə Kabildəki Atatürk Uşaq Xəstəxanasına tibbi avadanlıq göndərib

Türkiyə Əfqanıstanın paytaxtı Kabildəki Atatürk Uşaq Xəstəxanasına tibbi avadanlıq dəstəyi verib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Kabil ofisi tərəfindən verilən 50 xəstə çarpayısı, 10 monitor, 1 DC-40 Mindrey ultrasəs sistemi aparatı və müxtəlif tibbi ləvazimatlar xəstəxana səlahiyyətlilərinə çatdırılıb.

Əvvəllər Əfqanıstan hökuməti tərəfindən inşa edilən, lakin imkansızlıq üzündən yarımçıq qalan xəstəxana Türkiyenin dəstəyi ilə 2001-ci ildə tamamlanaraq Atatürk Uşaq Xəstəxanası adı ilə fəaliyyətə başlayıb.

TİKA Kabil Ofisi zaman-zaman dəstək verərək xəstəxananın imkanlarının artırılmasına töhfə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə