Entoni Blinken yenə Yaxın Şərqə səfər edəcək

Entoni Blinken yenə Yaxın Şərqə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken həftə sonu yenidən Yaxın Şərqə səfər edəcək və Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Ağ Ev və ABŞ Dövlət Departamenti rəsmiləri Entoni Blinkenin bölgəyə səfəri ilə bağlı açıqlama verib.

Məlumata əsasən, Entoni Blinken Qəzza zolağına humanitar yardımın çatdırılması, münaqişə bitdikdən sonra bölgənin necə idarə olunacağı və mümkün müstəqil Fələstin dövlətinin tanınması ilə bağlı görüşlər keçirəcək.

Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.

İsrail ordusu buna cavab olaraq Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq və qadın olmaqla 27 min fələstinli həyatını itirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə