Putin Rusiya silahlarının ən böyük alıcısını itirir

Putin Rusiya silahlarının ən böyük alıcısını itirir

Deyilənlərə görə, artıq Hindistan əsas silah tədarükçüsü olan Rusiyadan uzaqlaşmaq niyyətindədir, çünki Ukraynadakı müharibə Kremlin ölkəni sursatla təmin etmək imkanlarını məhdudlaşdırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri məlumat verib. Hindistan hökumətinin adı açıqlanmayan mənbələri 28 yanvar tarixli məqaləsində “Reuters” agentliyinə bildiriblər ki, Hindistan Rusiya Federasiyası ilə Çin arasında yaxınlaşmadan qaçmaq üçün ehtiyatlı addım atacaq.

“Observer Research Foundation”-Hindistanın Dehli şəhərində yerləşən müstəqil qlobal beyin mərkəzinin Rusiya üzrə eksperti Nandan Unnikrişnan “Reuters” agentliyinə bildirib ki, Hindistan Rusiya ilə “hər hansı böyük hərbi müqavilə” imzalaya bilməyəcək, çünki o, bu halda ABŞ-la “qırmızı xətti” keçəcək.

Bundan əlavə, Hindistan hökumətinin Manohar Parrikar Müdafiə Tədqiqatları və Təhlilləri İnstitutunun eksperti Svasti Rao bildirib ki, Ukraynadakı müharibə Hindistanda Rusiyanın bu ölkəni lazımi ehtiyat hissələri ilə təmin etmək qabiliyyətinə şübhələr yaradıb.

Bu arada Amerika Müharibənin Öyrənilməsi İnstitutu analitikləri, Rusiya Federasiyasının təyyarələrin, eləcə də digər avadanlıqların təmiri ilə bağlı problemlərlə üzləşməkdə davam etdiyi və müharibədən əvvəlki səviyyədə raket, artilleriya sursatını təkbaşına istifadə etmək iqtidarında olmadığı barədə xəbərləri mütəmadi olaraq izlədiklərini bildiriblər.

Mütəxəssislərin fikrincə, bu, Rusiyanın Hindistana və ya digər müştərilərə tammiqyaslı müharibədən əvvəlki səviyyədə hərbi texnika ixrac etməsini çətinləşdirir.

Amerika Müharibənin Öyrənilməsi İnstitutu onu da əlavə edir ki, bu yaxınlarda Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə görüşündə Putin Rusiya-Hindistan iqtisadi və hərbi-texniki əməkdaşlığını qeyd edib.

Analitiklər hesab edirlər ki, bununla Rusiya Federasiyasının rəhbəri çox güman ki, ölkəsinin Hindistanın müdafiə tərəfdaşlarını diversifikasiya etməyə çalışmasından narahatlığı fonunda müsbət Rusiya-Hindistan münasibətlərini vurğulamağa çalışıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə