Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 19 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb. Ətalətin qubernatoru zəlzələdən sonra evakuasiya edilənlərin gələcəkdə otellər də daxil olmaqla yaşayış yerlərinə daşınmasında yaşanan problemlərə görə ictimaiyyətdən üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB