Ramzan ikinci qızına da yüksək vəzifə verdi...

Ramzan ikinci qızına da yüksək vəzifə verdi...

Bu arada Ramzan Kadırovun ikinci qızı, 23 yaşlı Xədicət Çeçenistan başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl o, Qroznıda məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bu barədə Çeçenistan rəhbərinin özü teleqram kanalında administrasiyasının rəhbəri Qalas Taimasxanov və Xədicətlə görüşü barədə məlumat verərkən bildirib. Taimasxanov təşəbbüslə çıxış edərək, Xədicətin sosial blokla qarşılıqlı əlaqəyə cavabdeh olacağını bildirib və Kadırov da təbii ki, bu “təklifi bəyənib”.

Xatırladaq ki, Xədicət və onun qardaşı, 18 yaşlı Axmat Kadırov ötən il noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçirilən COP28 iqlim sammitində Rusiya nümayəndələrinin siyahısına daxil edilmişdilər, Halbuki bu onların fəaliyyəti ilə heç bir əlaqəsi yox idi. Nə isə, bizlik deyil...

Onu da xatırladaq ki, yenə ötən ilin oktyabr ayında Kadırov Xədicətə “Əməkdar Sosial İşçi” fəxri adı təltif etmişdi.

...Elə həmin aydan onun əri, Çeçenistanın keçmiş daxili işlər nazirinin oğlu Adam Alxanov Çeçenistanın Səhiyyə Nazirliyinə rəhbərlik edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə