Baxmayaraq ki, qışdır, amma hava “isti”dir...?

Baş Qərargah rusların ən çox hücum etdiyi yerləri sadalayıb...
Baxmayaraq ki, qışdır, amma hava “isti”dir...?

...Ukrayna tərəfi bu gün rusların bir neçə istiqamətdə hücuma keçdiklərini yazırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, gün ətzində ümumilikdə 52 hərbi toqquşma baş verib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, ukraynalılar Avdeevka istiqamətində 8, Donetsk vilayətinin Pervomayskoye və Nevelskoye yaxınlığında 8 və sonradan daha 6 hücum dəf ediblər.

Bundan başqa, Liman istiqamətində Ukrayna əsgərləri Donetsk vilayətinin Ternov, Yampolovka və Torskoye yaxınlığında 9 hücumu dəf ediblər. Cəbhənin bu istiqamətində ruslar Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışıblar. Onlar Luqansk vilayətinin Beloqorovka və Serebryanski meşə təsərrüfatı ərazilərinə aviazərbələr endiriblər.

Baş Qərargahdan verilən məlumata görə, Kupyanski istiqamətində ukraynalılar Xarkov vilayətinin Sinkovka yaxınlığında 7, Maryinski istiqamətində 6, Baxmut istiqamətində isə 4 rus müdaxiləsini dəf ediblər.

Baş Qərargah onu da qeyd edir ki, ruslar Ukrayna bölmələrini Dnepr çayının sol sahilindəki körpü başlıqlarından sıxışdırıb çıxarmaq niyyətindən hələ də əl çəkməyiblər.

Gün ərzində Ukrayna müdafiəçilərinin mövqelərinə basqın etmək cəhdləri hamısı uğursuz olub.

...Bu gün Ukrayna tərəfi səmada Rusiyanın X-59 tipli idarə olunan raketini tutub.

Silahlı Qüvvələrin Baş Qərargahının son məlumatına görə, Ukraynalı pilotlar Rusiyanın 1 zenit-raket kompleksini, Raket qüvvələrinin bölmələri isə düşmənin 5 artilleriya silahına və 4 hava hücumundan müdafiə sisteminə zərbələr endiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə