Finlandiya Miqrasiya Xidməti son aylarda Rusiyadan ölkəyə daxil olan miqrantların heç birinə hələ ki, sığınacaq verməyib. Bu barədə “Yle.fi” portalı departamentin məlumatlarına istinadən məlumat yayıb. Artıq baxılan müraciətlərin təxminən üçdə ikisi rədd edilib, qalanları isə müddəti bitdiyinə görə ləğv edilib.
Miqrasiya Xidməti 70-ə yaxın sığınacaq müraciətinə baxıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu xidmətin nümayəndəsi Antti Lehtinen bildirib.
Ümumilikdə, ötən ilin ikinci yarısında Rusiya vasitəsilə Finlandiyaya 1300-ə yaxın sığınacaq axtaran şəxs daxil olub. Onlardan 190-a yaxınının harada olduğu bilinmir və onlar itkin düşmüşlər siyahısındadır. Ehtimal olunur ki, onlar Finlandiyadan tranzit dövlət kimi istifadə edib, sonradan oranı tərk ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB