Ramzanın tərəfdaşı general oldu...

Ramzanın tərəfdaşı general oldu...

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının deputatı Adam Delimxanova general-mayor rütbəsi verib. Bu barədə Delimxanovun qohumu, Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında məlumat verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putinin fərmanı hələ dərc olunmayıb.

Qeyd edək ki, Delimxanov Ramzan Kadırovun anası tərəfdən dördüncü əmisi oğlu və ən yaxın adamlarından biridir.

90-cı illərin sonunda o, Rusiya hakimiyyəti tərəfindən terrorizmdə təqsirli bilinən çeçen səhra komandiri Salman Raduyevin sürücüsü olub.

1999-cu ildə rus qoşunlarının Çeçenistana daxil olması ərəfəsində o, qardaşları ilə birlikdə respublikanın hazırkı liderinin atası Axmat Kadırovun tərəfinə keçib.

İndi Dəlimxanovların üç qardaşı da generaldırlar. Bundan əlavə, onların hamısı Rusiyanın ən yüksək mükafatı olan Rusiya Qəhrəmanı adına layiq görülüb. Adam Delimxanov titulu 2022-ci ilin aprelində, Ukraynanın Mariupolunu rus qoşunları tərəfindən ələ keçirdikdən sonra alıb.

O, şəhərə hücumu ilə bağlı görüşlərdən video yazılarda görünsə də amma bir sıra rus mənbələri deputatın hərbi əməliyyatlarda birbaşa iştirak etmədiyini iddia edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə