Şmıqal Nulandla Ukraynadakı islahatları müzakirə edib

Şmıqal Nulandla Ukraynadakı islahatları müzakirə edib

Ukraynanın baş naziri Denis Şmıqal ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla ölkəsində müxtəlif islahatların aparılmasını müzakirə etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Şmıqalın sosial şəbəkələrinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Nulandla görüşdə Ukraynada antikorrupsiya islahatları da müzakirə olunub. Eyni zamanda, Şmıqal Nulandın Ukraynanın bu islahatların həyata keçirilməsində irəliləyişini qeyd etdiyini vurğulayıb.

...Kiyevdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşümüz oldu. Fevralda baş tutacaq çoxtərəfli donor koordinasiya platforması öncəsi işimizi koordinasiya etdik. Biz islahatların, xüsusən də korrupsiyaya qarşı mübarizə və korporativ islahatların həyata keçirilməsini müzakirə etdik. Xanım Nuland Ukraynanın bu məsələlərdə irəliləyişini qeyd edib.

Xatırladaq ki, Viktoriya Nuland yanvarın 31-də Ukraynanın ali rəhbərliyi ilə danışıqlar aparmaq üçün Kiyevə gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə