Rusiya Kimya Texnologiyaları Universiteti yazıçı Lyudmila Ulitskayanı fəxri professor titulundan məhrum edib. Bu barədə sorğu ilə universitetlə əlaqə saxlayan Dövlət Dumasının Mədəniyyət Komitəsinin rəhbəri Yelena Yampolskaya məlumat verib. Yampolskayanın sözlərinə görə, elmi şuranın səsverməsi ötən il avqustun 30-da baş tutub. Ulitskayanın titulundan məhrum edilməsi barədə qərar yekdilliklə qəbul edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Yelena Yampolskaya teleqramında Ulitskayanı “xarici agent” adlandırıb, baxmayaraq ki, Rusiya Ədliyyə Nazirliyi yazıçını indiyə qədər müvafiq reyestrə daxil etməyib.
Rusiya Kimya Texniki Universitetinin fəxri professoru adı Ulitskayaya 2021-ci ildə verilib. Yazıçı təhsilinə görə bioloqdur.
Yeri gəlmişkən, Lyudmila Ulitskaya rus dilində yazan ən məşhur yazıçılardan biridir. O, “Kukotski işi”, “Daniel Stein, tərcüməçi”, “Medeya və onun uşaqları”, “Yaşıl çadır” və başqa romanların müəllifidir.
Bir çox rus və beynəlxalq ədəbi mükafatların laureatı. Fransada Fəxri Legion ordeni ilə təltif edilib.
Ulitskaya 2014-cü ildə Krımın ilhaqına və Rusiya hakimiyyətinin Ukraynanın şərqindəki siyasətinə, eləcə də Rusiyanın özündə siyasi repressiyalara qarşı çıxış edib.
2022-ci ilin fevralında o, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünü pisləyib və ölkəni tərk edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB