PKK/YPG-nin daha 13 üzvü zərərsizləşdirilib

PKK/YPG-nin daha 13 üzvü zərərsizləşdirilib

Suriyanın şimalında "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyat bölgələrində təcavüz atəşi açan separatçı terror təşkilatı PKK/YPG-dən 13 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Fərat qalxanı" və "Zeytun budağı" bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib” deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə