Şimali Koreya iki səfirliyini də bağlayıb

Şimali Koreya iki səfirliyini də bağlayıb

Şimali Koreya daha iki səfirliyini bağlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi məlumat verib.

Məlumata əsasən, Şimali Koreya Honq-Konq və Liviyadakı səfirliklərini bağlayıb.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, son aylar bəzi ölkələrdəki səfirliklərini bağlayan Şimali Koreyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 53-dən 44-ə enib.

Bütün xəbərlər Facebook səhifəmizdə