"Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır..."

"Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır..."

...Moskvanın Qəzza zolağına verdiyi dəstəyə görə İsrail Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu açıqlama ilə İsrail parlament müxalifətinin lideri Yair Lapid çıxış edib.

...İsrail uzun müddət tutduqları mövqeyə görə Rusiyanı və onun rəhbərliyini bağışlamaqda çətinlik çəkəcək. Şübhə yoxdur ki, ölkə rəhbərliyi Rusiya ilə bağlı mövqeyinə yenidən baxmalıdır. Dövlətlər münasibətləri elə belə kəsmirlər, eyni zamanda belə təhqir halında onları da bağışlamırlar.

Qeyd edək ki, Lapid bunu İsrailin rusdilli “Vesti” portalına müsahibəsində deyib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qaldı. Atəşdən dərhal sonra HƏMAS silahlıları yəhudi dövlətinin ərazisinə hücuma başlayıb. Buna cavab olaraq İsrail “Dəmir qılınclar” əməliyyatına start verdi.

İsrailin anklavdakı xəstəxana və məktəblərə, eləcə də qaçqın düşərgələrinin yaxınlığındakı raket hücumları beynəlxalq ictimaiyyətin qınağına səbəb olub.

Və yalnız Birləşmiş Ştatlar açıq-aydın neytrallığını qoruyub saxlamaqla yanaşı, həm də dəfələrlə Qəzza zolağındakı vəziyyətlə bağlı BMT qətnaməsinin qəbuluna mane oldu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə