Litva İsveçə Rusiyadan müdafiə təklif edib

Litva İsveçə Rusiyadan müdafiə təklif edib

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis İsveçin baş naziri Ulf Kristersona Qotland adasında Rusiyadan müdafiə təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” yerli “Svenska Daqbladet” qəzetinə istinadən xəbər verir.

Litva İsveçə Rusiyadan müdafiə təklif etdi Landsberqis bu barədə Stokholmda Kristersson və İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Litva hərbçiləri adanın müdafiəsinə əhəmiyyətli köməklik göstərə bilər.

Landsbergis əlavə edib ki, o, Rusiya ilə Baltikyanı ölkələr arasında hərbi münaqişə riskini ciddi şəkildə nəzərdən keçirir. Eyni zamanda, Litva Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Qotland adasında hərbi mövcudluğun gücləndirilməsi NATO üçün üstünlük olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə