...Moskvanın Basmannı rayon məhkəməsi ordu haqqında “saxta” ittihamlar səsləndirən Stavropoldan olan həyat yoldaşları Denis və Mariya Məmmədovların işinə baxıb. Proses qiyabi şəkildə baş tutub.
Məsələ bundadır ki, Məmmədovlar 2022-ci ilin oktyabrında Rusiyanı tərk ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, “OVD-İnfo” məhkəmənin saytındakı karta keçidlə işə baxılmağa başlandığını bildirir. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Mariya Məmmədova regional məhkəmə-tibbi ekspertiza mərkəzində işləyib və səfərbər olanlar üçün ianə toplamaqdan imtina edib. O, hədələr almağa başladığına görə əri ilə Rusiyanı tərk ediblər.
Rusu qane etməyən odur ki, ölkəni tərk etdikdən sonra da Məmmədovlar sosial şəbəkələrdə müharibə əleyhinə yazılar dərc etdirməyə başlayıblar.
Belə ki, onlar bütün kriminal mərkəzlərə müharibə əleyhinə məktubların kütləvi şəkildə göndərilməsini və Ukraynada müharibənin dayandırılması tələbi ilə müxtəlif orqanlara kütləvi şəkildə şikayətlər göndərilməsini təşkil ediblər.
Onların cinayət təqibi ötən ilin oktyabrında Məmmədovlar qiyabi həbs olunaraq axtarışa verildikdə məlum olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB