"Ermənistanın himni və gerbi dəyişdirilməlidir" - Alen Simonyan

"Ermənistanın himni və gerbi dəyişdirilməlidir" - Alen Simonyan

Ermənistanın himni dəyişdirilməlidir. SİA xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqramda yazıb.

O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır.

A.Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb.

Parlament sədri həmçinin yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə