İran prezidenti Pakistana səfər edəcək

İran prezidenti Pakistana səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian pakistanlı həmkarı Cəlil Abbas Cilanla birgə mətbuat konfransında deyib.

O bildirib ki, İran Prezidenti İbrahim Rəisi Pakistana rəsmi səfərə dəvət olunub. Lakin iranlı diplomat səfərin hansı tarixdə baş tutacağını qeyd etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə