Rusiyaya məxsus döyüş sursatı olan avtomobil vurulub

Rusiyaya məxsus döyüş sursatı olan avtomobil vurulub

Ukraynaya məxsus pilotsuz uçan aparat Belqorod vilayətində rusların döyüş sursatı olan avtomobili vurub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi işğalçıların telefon danışığını dinlədikdən sonra bildirib.

Qeyd edək ki, telefon danışığında ruslar hadisəni yerli əhaliyə necə izah edəcəklərini müzakirə edirlər.

...Salam, Andrey Aleksandroviç, burada belə bir vəziyyət oldu. Bir sözlə, Ukraynanın pilotsuz təyyarəsi döyüş sursatı olan hərbi maşına düşdü. İndi isə sursatlar yanır, polis yolu bağlayıb.

Qeyd edilir ki, bu dinləmədə bildirilir.

Həmsöhbətlər razılaşdılar ki, ...əgər çox səs-küy olarsa, bu, sursatların planlı şəkildə məhv edilməsi olduğunu deyərlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə