Tramp hakimiyyətə gəlsə, Avropa üçün təhlükə gətirəcək..?

Tramp hakimiyyətə gəlsə, Avropa üçün təhlükə gətirəcək..?

...Donald Trampın ikinci prezidentlik müddəti xaos, Avropa üçün isə təhlükə demək olacaq?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Guardian”ın köşə yazarı Natali Tocci deyir.

...Tramp qarşıdan gələn ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının vahid namizədi olmaq yolunda sürətlə irəlilədiyi bir vaxtda onun Ağ Evə qayıtması perspektivi Vaşinqtonun avropalı müttəfiqləri arasında haqlı narahatlıq doğurur..?

Cozef Bayden və Donald Tramp arasında qarşıdurmanın 2024-cü ildə təkrarlanması demək olar ki, dəqiqdir və Avropa Ağ Evin keçmiş rəhbərinin mümkün ikinci prezidentlik müddətinə hazırlaşmalıdır.

Toccinin dediyinə görə, sonuncu dəfə onun hakimiyyəti, Avropa üçün travmatik olub.

Belə ki, Avropanın travması daha çox siyasətlə əlaqəli idi: Tramp Avropaya ailəsi kimi yanaşmayan ilk Amerika prezidenti idi. O, Avropanın demokratik yolla seçilmiş liderlərindən daha çox Si Cinpin və Vladimir Putin kimi avtoritar liderlərlə daha rahat görünürdü.

Tocci vurğulayır ki, Trampın Avropaya qarşı antipatiyası dəyişməyib. İkinci dəfə bu pis siyasi hisslər çox güman ki, daha böyük siyasi parçalanmalara səbəb olacaq.

Onun ilk prezidentlik müddəti daxili qeyri-sabit və əsasən səmərəsiz, tez-tez istefalarla keçsə də, ikinci müddəti daha ardıcıl və həlledici ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə